GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2020/2021-Cİ İL PAYIZ İMTAHAN SESSİYASI ONLİNE QAYDADA TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetində 2020/2021-ci il payız imtahan sessiyası online qaydada Microsoft Teams platforması üzərindən keçirilir.  İmtahan 12.01.2021 tarixindən başlayıb 07.02.2021 tarixində yekunlaşacaqdır. İmtahanlar tələbələrin imtahana qədərki balları nəzərə alınmadan aşağıdakı qaydada aparılacaqdır:

Tələbələrə əvvəlcədən 300 sualdan ibarət test verilib. Verilmiş sualların 200 ədədinin cavabı “A” variantında, 50 ədədinin cavabı qarışdırılmış variantda,  50 ədədi isə cavabsız şəkildə paylanılıb. Verilmiş cavablı “A” variantında olan 200 sualdan 17 ədəd, cavabı qarışdırılmış 50 sualdan 6 ədəd, cavabsız 50 sualdan isə yalnız 1 sual seçilərək tələbələrə təqdim ediləcək.

İmtahan cavabları aşağıdakı qaydada hesablanacaq:

Cavabı A variantında olan 200 sualdan seçilmiş 17 sualın hər birinə 3 bal olmaqla tələbəyə 51 bal,  cavabı qarışdırılmış 50 sualdan seçilmiş 7 sualın hər birinə 6 bal  olmaqla tələbəyə 42 bal , cavabsız 50 sualdan seçilmiş 1 sual isə 7 balla  hesablanmaqla tələbəyə 100 bal qazandıracaq. İmtahanda səhv cavablar düz cavabları silməyəcək. İmtahanların gedişi zamanı tələbələr nəticələri ilə razılaşmadıqları halda Universitet üzrə yaradılmış Appelyasiya Komissiyasına müraciət edə bilərlər.