5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən, insanların layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan müəllimlərin peşə bayramıdır.Beynəlxalq Müəllimlər Günü”  YUNESKO-nun qərarı ilə 1966-cı ildən, Azərbaycanda isə  1993-cü ildən qeyd edilir. Müəllim əməyini daim yüksək qiymətləndirən  Ümummilli Lider Heydər Əliyev hər zaman  qürurla söyləyirdi : “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyətini və şərəfli müəllim adını daşıyan hər kəsi “Beynəlxalq Müəllimlər Günü” münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə bu şərəfli, məsuliyyətli yolda uğurlar arzulayıram!

Hörmətlə:

Gəncə Dövlət Universitetinin rektoru prof. Yusif Yusibov