GDU Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə şəhid müəllimlərin məzarı ziyarət edilmişdir

 

Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadənin rəhbərliyi və GDU Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup tələbə Şəhidlər Xiyabanını ziyarət etmişdir. “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə təşkil edilən ziyarətdə 44 günlük Vətən Müharibəsində şəhid olan müəllimlərin məzarı önünə gül dəstələri qoyulmuşdur.

  GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə  şəhidlər haqqında  xatirələrini bölüşmüşdür . Qeyd etmişdir ki, GDU-nun  məzunları olmuş Rəşad Məmmədov və Rabil İsmayılov təkcə müəllim kimi deyil, eyni zamanda qəhrəman şəhid kimi də hər kəsin qəlbində daima yaşayacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.