GDU-nun tələbələri SOS Uşaq Kəndində praktik-seminar məşğələsində

Gəncə Dövlət Universitetinin tələbələri SOS Uşaq Kəndində praktik- seminar təşkil etmişdir. Gəncə Dövlət Universiteti ilə SOS uşaq kəndi arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqavilələrinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tövsiyyələri əsasında hazırlanmış “Fəaliyyət istiqamətlərinin” VI bəndinin 3-cü hissəsində nəzərdə tutulan Sosial iş, Psixologiya, TSPX ixtisaslarının II və III kurs tələbələri ali məktəbdə aldığı nəzəri bilikləri möhkəmləndirmək və sonrakı fəaliyyətdə təmin etmək məqsədilə Gəncə Dövlət Universitetinin 15.09.2022 –ci il tarixli 5/292 saylı əmrinə əsasən praktik- seminar dərsləri həmin müəssisədə təşkil olumuşdur. Sosial iş ixtisasının III kurs tələbələri “ İşin təşkili, qurulması, uşaqlarla aparılan tədbirlər ” mövzusunda seminar dərsində SOS uşaq kəndinin direktoru Ceyhun Əliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, istehsalat təcrübsinin rəhbəri Aygün Məhəmmədi və universitetin Tarix-coğrafiya fakültəsinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə və həmin kafedranın müəllimi Günel Yusibova iştirak edirdi. Belə ki, SOS uşaq kəndinin nəzdində hal hazırda 5 layihə ailə tipli qayğı, Günərzi qayğı mərkəzi, Qısa müddətli qayğı mərkəzi,  Gənclər evi, Kiçik qrup layihəsi fəaliyyət göstərir. 2019-cu ildə olan statistik məlumata görə, SOS uşaq kəndi dünyada 136 ölkədə fəaliyyət göstərir. Bakıda 2004-cü ildən, Gəncədə isə 2006-cı ildən fəaliyyət göstərmişdir. Bundan əlavə məruzəçilər sosial işin təşkili və uşaqların himayəyə götürülməsi qaydaları, uşaqlarla aparılan tədbirlər və fərdi işlər haqqında tələbələrə ətraflı məlumat verdilər. Tələbələri maraqlandıran suallara ətraflı cavab verdildi. Təlimin sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.