GDU-da “AZMUN” proqramı çərçivəsində məlumat sessiyası keçirilmişdir

Gəncə Dövlət Universitetində “AZMUN –ölkəmizdə  BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi “ proqramı çərçivəsində məlumat sessiyası  keçirilmişdir. GDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə  tələbələrə  BMT Modeli  klubları  haqqında məlumat verilmişdir.  Tədbirə online qatılan “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadə qeyd etmişdir ki,  bu cür klubların yaradılmasında əsas məqsəd  gənclərimizin potensialını üzə çıxarmaqdır.  Eyni zamanda BMT Modeli konfranslarında iştirak tələbələrə ictimai nitq, diplomatiya, liderlik bacarıqlarını qazandırmasında əhəmiyyətə malik olması vurğulanmışdır. Tədbirdə tələbələri maraqlandıran suallara cavab verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti