Gəncə Dövlət Universitetinin təbələləri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin bir qrup fəal gənci, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir.  Məqbərə bələdçiləri tərəfindən tələbələrə mütəfəkkir şairin həyat və yaradıcılığı ilə barədə ətraflı məlumat verilmişdir.

Daha sonra GDU-nun tələbələri Azərbaycan Xalq Cumhuriyyəti Muzeyinə ekskursiya etmişlər. Fəal gənclər tarixi və maddi mədəniyyət örnəkləri, rəsm əsərləri ilə yaxından tanış olmuşlar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti