Yüksək bal toplayaraq GDU-ya daxil olan tələbələrlə görüş keçirilmişdir

2022-2023-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinə  daxil olan tələbələrlə görüş keçirilmişdir. Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırmışdır. Rektor Yusif Yusibov universitetdə görülən işlərdən, eləcə də burada tədrisin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışmışdır. Bildirmişdir ki, universitetin müasir tədris korpusları, kitabxanası, laboratoriyası mövcuddur. Bununla yanaşı GDU-da tələbələrin rahat şəkildə təhsilini davam etməsi üçün müasir yataqxana da fəaliyyət göstərir.

   Görüşdə GDU-nun Tədris işləri üzrə prorektoru, dosent Şahin Xurşudov, GDU-nun Humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxış edərək yüksək nəticə ilə universitə qəbul olan tələbələrə uğurlar arzulamışdır. Tələbələrə XXI əsrin çağırışlarına cavab olaraq elmli, təhsilli, güclənmiş dövlətimizə layiq vətəndaş kimi yetişməyi tövsiyə etmişlər.

  Görüşün sonunda yüksək nəticə ilə GDU-ya qəbul olmuş gənclərin tələbə bileti təqdim edilmiş, onlara hədiyyələr verilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti