Əmək fəaliyyətini başa vurmuş müəllimlər Fəxri Fərmanla təltif edildi

Gəncə Dövlət Universitetində öz arzusu ilə əmək fəaliyyətini başa vurmuş qocaman müəllimlərlə görüş keçirilmişdir. GDU-nun rektoru  Yusif Yusibov universitetin elmi-pedaqoji fəaliyyətində yaxından iştirak etmiş, əmək fəaliyyətini başa vurmuş ümumi texniki fənlər və texnologiya kafedrasının sabiq dosenti Rizvan Həsənovu, Təhsilin pedaqogikası və metodikası kafedrasının sabiq baş müəllimi Hüseyn Mehdiyevi Fəxri Fərmanlarla təltif etmiş, mükafat vermişdir. Səhhəti ilə bağlı gələ bilməyən Azərbaycan dili kafedrasının sabiq baş müəllimi Elmira Əliyevanın  Fəxri Fərmanı və mükafatı qızı Nuriyyə Əlizadəyə təqdim olunmuşdur. Qeyd edilmişdir ki, universitetdə uzun illər çalışan, tələbələrə elmin sirlərini aşılayan müəlllimlər hər zaman xoş xatirələrlə yaddaşlarda qalacaqdır.

  Görüş iştirakçıları universitetlə bağlı xatirələrini bölüşərək təşəkkürünü bildirmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti