Yubiley münasibəti ilə təbriklər

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanı anadan olmasının 75 illik yubileyi münasibəti ilə təbrik etmiş, gül dəstəsi və hədiyyə təqdim etmişdir.

   Bununla yanaşı uzunmüddətli səmərəli elmi fəaliyyəti, o cümlədən universitetin ictimai-siyasi həyatında yaxından fəal iştirakı nəzərə alınaraq Kimya kafedrasının baş müəllimi Firdus Allahverdiyeva da 80 illik yubileyi münasibəti ilə təbrik edilmiş, ona Fəxri Fərman və mükafat təqdim olunmuşdur. Hər iki yubiliyara bundan sonrakı fəaliyyətinlərində uğurlar və cansağlığı arzu edilmişdir.

   Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Kimya kafedrasının baş müəllimi Firdus Allahverdiyeva isə onlara göstərilən diqqət üçün minnətdarlığını bildirmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti