“ŞUŞA İLİ”NƏ HƏSR OLUNAN GƏNC ALİMLƏRİN BEYNƏLXALQ ELMİ KONFRANSI

Gəncə Dövlət Universiteti

02-03 Dekabr 2022-cu il tarixində keçiriləcək  “Şuşa ili”nə həsr olunan Gənc alimlərin  Beynəlxalq  Elmi Konfransının məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Konfransın mövzuları

Bölmə I:

  • İqtisadiyyat
  • İdarəetmə
  • Dövlət və bələdiyyə idarəetməsi
  • Mühasibat uçotu və audit
  • Beynəlxalq münasibətlər, tarix və siyasi elmlər

Bölmə II:

  • Dəqiq və təbiət elmləri
  • İnformasiya və kommunikasiya texnologiyaları
  • Fizika
  • Kİmya

Bölmə III:

  • Filologiya
  • Tərcüməşünaslığın müasir problemləri
  • Pedaqogika

Konfransda iştirak etmək arzusunda olanlar, elmi məqalələrinin tezislərini 20 noyabr 2022-ci ilə qədər konfransa elektron poçt vasitəsilə göndərməlidir. Məqalə 3 səhifə həcmində olmalıdır.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada 20 noyabr 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:  elm@gdu.edu.az

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: ingilis dilində.
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233-234].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri/Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az, tel:  (+99422) 266 01 88

Konfransda 40 yaşına qədər olan gənc alimlər iştirak edə bilər.