Tələbələr arasında intelektual yarış keçirilmişdir

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə  44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Qələbəyə Doğru” intelektual yarış keçirilmişdir. 10 komandanın tərkibində 60 nəfərə yaxın tələbə iştirak etmişdir. Yarışda “Potensial” komandası 1-ci yerə, “Kontrast”, komandası 2-ci yerə, ”Xarıbülbül” komandası isə 3-cü yerə layiq görülmüşdür. 

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti