İtaliyanın Ka Foskari Venesiya Universitetində Erasmus+ mübadilə proqramı ilə təhsil imkanı

Əziz tələbələr, doktorantlar və müəllimlər!

Avropa Komissiyasının “Erasmus Plus Key Action 1” ikitərəfli razılaşma protokoluna əsasən Gəncə Dövlət Universiteti və İtaliyanın Ka Foskari Venesiya Universiteti arasında mövcud olan layihə əsasında İtaliyanın Venesiya şəhərində qısa müddətli mübadilə imkanı təklif olunur.

Erasmus+ proqramının əsas şərtləri:

  • xarici universitetə təhsil haqqı ödənilmir;
  • tələbələrin yol xərcləri qarşılanır;
  • bir semestr ərzində tələbələrə aylıq təqaüd verilir;
  • bir semestr təhsil almaq imkanı;
  • yerlər üzrə müsabiqə keçirilir;
  • gedəcək ölkənin xarici dilini sərbəst bilməlidir (ingilis dili B2/C1 səviyyəsində);
  • magistr pilləsi üzrə təhsil alan GDU tələbələri 1 semestr (5 ay) olmaqla mübadilə imkanı qazana bilər;
  • GDU-nun müəllim və doktorantları 2 və ya 3 həftə olmaqla mübadilə imkanı qazana bilər;
  • Layihədə mübadilə imkanı yalnız humanitar (İngilis dili və arxeologiya sahələrində) sahədə təhsil alan magistratura tələbələri və ingilis dilinin tədrisi sahəsində çalışan müəllim və doktorantlara şamil olunur.

Tələb olunan sənədlər:

Magistr tələbələr üçün:

  • Ərizə anket forması (elana əlavə olunub);
  • Təhsil protokolu (elana əlavə olunub);
  • Pasportun sürəti;
  • Magistr/ doktorantura proqramına qeydiyyatdan keçdiyinizə dair sənədin surəti (məsələn, qəbul sənədi);
  • Transkriptin surəti;
  • Rəsmi ingilis dili sertifikatlarının surəti (varsa) və ya dil ixtisaslarına dair aldığı (ingilis dili) sertifikatların surəti;
  • CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Linkdə verilən “Europass CV” şablonundan istifadə etməniz məsləhət görülür: https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;

Müəllimlər və doktorantlar üçün:

  • Ərizə anket forması (elana əlavə olunub)
  • Təhsil protokolu (elana əlavə olunub)
  • Ka Foskari Venesiya Universitetində gələcək akademik rəhbər / şöbə müdiri tərəfindən imzalanmış, ərizəçiyə mentorluq edəcəyinə dair razılıq məktubu. Bu namizədlər haqqında məlumat əldə etmək üçün international.cooperation@unive.it  email ünvanına (bir CV və tədqiqat planı göndərməklə) müraciət edilməlidir;
  • CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Linkdə verilən “Europass CV” şablonundan istifadə etməniz məsləhət görülür: https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;
  • Elmi iş haqqında plan;

Son müraciət tarixi: 01 aprel 2021-ci il.

Müraciət üçün: international.cooperation@unive.it mail ünvanına sənədlər PDF formatında göndərilməlidir.

Əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı linkə daxil ola bilər:  https://www.unive.it/pag/11720/?L=0