İqtisadiyyat və idarəetmə fakültəsinin buraxılış kurs tələbələri istehsalat təcrübəsində
Rektorluğun 24.12.2021-ci il tarixli 4/163 saylı əmrinə əsasən İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat, Dövlət və bələdiyyə idarəedilməsi, Mühasibat uçotu və audit, Menecment, Biznesin idarə edilməsi, Turizm və otelçilik, Maliyyə, Marketinq ixtisaslarının IV kurs tələbələri Gəncə şəhərində yerləşən istehsalat müəssisələrində təcrübə keçmələri ilə əlaqədə olaraq Yelo Bank, AFB Bank, Ekspress Bank, Rabitə Bank, ASAN xidmət, Statstika idarəsi, Kəpəz və Nizami bələdiyyəsi, Gəncə Mehmanxanası, Məşğulluq mərkəzlərinə istehsalat təcrübəsinə göndərilmişdilər. İstehsalat təcrübəsi müddətində təcrübəçi tələbələr həmin müəssisələrin nizam–intizam qaydalarına əməl etməklə öz ixtisaslarına uyğun bilik və bacarıq vərdişlərini artırmaq üçün həmin müəssisənin təcrübəli işçiləri ilə bərabər vətəndaşlara xidmət göstərirlər. Tələbələr təcrübə müddətində idarəetmə orqanlarının iş təcrübəsi ilə tanış olmaq onların ümumi, idarəetmə quruluşu, müəssisələrin qarşıya qoyduğu ictimai və sosial problemlərin həlli ilə bağlı yerinə yetirdiyi işlər, buraxılan məhsulların təyinatı, xarakteri, ümumiləşdirici texniki–iqtisadi göstəriciləri, istehsalat bölmələri, sexlər və iş yerləri arasındakı qarşılıqlı əlaqələri öyrənmək, ali məktəblərdə qazandıqları nəzəri bilikləri möhkəmləndirmək və dərinləşdirməkdən ibarətdir.