Gəncə Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir
Gəncə Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq ermənilərin yüz illərlə Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışmış, onların törətdikləri vəhşiliklərə yalnız Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra əsl hüquqi qiymət verildiyini, həmçinin hər il mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı Fərmanın əhəmiyyətindən danışmışdır. Sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Konfransda rektorun baş müşaviri, dosent Asif Cavadovun “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri”, Ümumi tarix kafedrasının dosenti Etibar Musayevin “Ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları və soyqırım siyasəti”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Zamanın unutdurmadığı cinayətlər”, Azərbaycan dili kafedrasının müəllimi Günay Hüseynovanın “Erməni xisləti-insanlığa sığmayan cinayət”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusibovanın “Böyük
Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları” mövzularında məruzələri dinlənilmişdir.
Konfransda azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film də nümayiş etdirilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti