“Narkomaniyaya yox deyək və sağlam gələcək üçün birlikdə çalışaq” adlı tədbir

                 Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Narkomaniyaya yox deyək və sağlam gələcək üçün  birlikdə çalışaq” adlı tədbir keçirilib.

     Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Universitetin Humanitar  məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək  narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün dünyanı narahat edən əsas problemlərdən biri olduğunu bildirib, gəncləri zərərli vərdişlərdən qorumaq üçün maarifləndirici görüşlərin önəmindən bəhs edib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” bu problemlə sistemli mübarizə aparılması baxımından böyük önəm daşıdığını vurğulayıb. Qeyd olunub ki, sağlam cəmiyyət naminə zərərli vərdişlərə qarşı mübarizə hər zaman aktualdır. Müasir dövrdə gəncləri zərərli vərdişlərdən qorumaq mühüm çağırışdır.  Yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması onların zərərli vərdişlərdən çəkinməsində vacib amildir.

           Tədirdə  İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov “Sağlam gələcək naminə narkomaniyaya yox deyək”, İdarəetmə kafedrası   müəllimi  Yusif  Bayramov “Narkotik  əsrin  bəlası”,     İqtisadiyyat kafedrasının müəllimi Xaqani Kazımov  “Narkomaniyasız  həyat”,  Menecment və turizm işi kafedrasının müəllimi İlkin Mustafayev “Gənclərin ölüm kabusu” mövzuarında çıxış ediblər.

       Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videoçarx nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti