“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyi universitetlərin əməkdaşları ilə görüş keçirib
Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüş keçirib. Görüşdə Gəncə Dövlət Universitetindən Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov və İnnovasiyalar Departamentinin şöbə müdiri Razim Əliyev iştirak ediblər.
EATDA-nın direktor müavini Nicat Əsədli çıxış edərək ali təhsil müəssisələrinin fəaliyyətinin ölçülməsində reytinqlərin vacib alət olduğunu qeyd edib, ölkəmizdə beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində müəyyən olunmuş strateji hədəflər və bu hədəflərə nail olunması üçün həyata keçirilən işlər barədə məlumat verib.
Daha sonra QS konsaltinq komandasının nümayəndələri “Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq tərəfdaşlıq şəbəkəsi” “Məşğulluq və işəgötürənlər arasında nüfuz”, “Davamlılıq” və digər mövzularda təqdimatla çıxıb ediblər.
Sonda Azərbaycan ali təhsil müəssisələrinin QS reytinqlərində mövcud vəziyyətinə dair müqayisəli təhlil nəticələri təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti