Qiyabi formada təhsil alan 1-ci kurs tələbələri üçün tədris məşğələləri başlayıb

               1 oktyabr 2024-cü il tarixdə Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan 1-ci kurs tələbələri üçün başlanğıc semestr üzrə tədris məşğələləri başlayıb.  İlk dərs günündə Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tələbələrlə görüşüb və 2024/2025-ci tədris ilində universitetə qəbul olan gəncləri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, dərslərin yüksək səviyyədə təşkili, tələbələrin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi universitet rəhbərliyi  tərəfindən daim diqqətdə saxlanılır.

        Sonra tələbələrə tədris prosesi və imtahan qaydaları barədə ətraflı məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti