GDU-da “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub
Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunun Yunis Əmrə adına mühazirə otağında Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat
mərasimi keçirilib.
Təqdimatda GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqları salamlayaraq, tədbirə uğurlar arzu edib. Ardından Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunub və qalib də Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsi olub. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mәrhәlәdә isə məqsəd Respublikamızın şәhәrlәrindә auditoriyalarda görüşlәr keçirməkdir. Burada mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 100 nüsxə olmaqla iştirakçılara hәdiyyә edilir.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Gəncə Dövlət Universtetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bu kitabların faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıblar.
Daha sonra Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, şair Vüsal İsgəndərov və şairə Zülfiyyə Yaqubova öz şerlərini səsləndiriblər. Həmçinin universtetin filologiya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy və Amil İsmayılov öz şerləri ilə çıxış ediblər.
Sonda universtetin 100 tələbəsinə “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” vә “Sizin üçün seçdik” adlı nəşrlər təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti