Zəfər yolu Unudulmayan 44 gün

Gəncə Dövlət Universitetinin  Tarix və coğrafiya fakültəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Zəfər yolu Unudulmayan 44 gün” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük  Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycanın iftixar və qürur mənbəyinə çevrildi. Xalqımız və rəşadətli Ordumuz Şanlı tarix yazaraq 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxışında qeyd edib ki, Qarabağ  Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Bu möhtəşəm Qələbə, eyni zamanda Prezident-Xalq birliyinin təntənəsi oldu.

Daha sonra tədbirdə Azərbaycan tarixi kafedrasının dosenti Fəxrəddin Usenov “Qarabağ Azərbaycandır-Zəfərlə təsdiqlənən həqiqət”, Coğrafiya kafedrasının baş müəllimi  Arifə Əhmədli  “Ali baş komandanın rəhbərliyi ilə qazanılan Zəfər”, Tarix və coğrafiya müəllimliyi ixtisasının III kurs tələbələri Rüfət Mehdiyev “İkinci Qarabağ müharibəsinin tarixi əhəmiyyəti”, Nazpəri Əliyeva “Gənc nəslin vətənpərvərlik ruhda tərbiyəsi”, Lalə Əliyeva “Şəhidlərimizin əbədi xatirəsi” mövzularında çıxışlar ediblər.