Magistr tələbələrinin nəzərinə!
20-26 oktyabr 2025-ci il tarixlərində Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində tədris prosesinin keyfiyyətinin artırılması, tələbə-müəllim və tələbə-adminstrasiya münasibətlərinin daha da yüksək səviyyəyə çatdırılması, idarəetmədə yeni yanaşmaların tətbiqi, təhsildə müasirliyin təminatı və tələbələrin universitet həyatından məmnunluğunun təmin edilməsi məqsədi ilə təhsil alanlar arasında sorğu keçiriləcək. 20 bənddən ibarət sorğuda tədris prosesinin təşkilinə, keçilən dərslərin keyfiyyətinə, dərs prosesinə müasir yanaşmalara, texniki təminata, rəhbərliyin tələbələr üçün əlçatanlığına və digər məsələlərə dair suallar yer almışdır.
Aşağıdakı linkə daxil olaraq sorğuda iştirak edə bilərəsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLScTnpZElxl4ZNuQKYOVV9azp8P1Pgs6o16VZB6rp8n4gvUOvQ/viewform

