GDU-da “Dövlət qulluğunun üstünlükləri, dəyişiklər və perspektiv planlar” mövzusunda maarifləndirici seminar keçirilib
Gəncə Dövlət Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları tərəfindən “Dövlət qulluğunun üstünlükləri, dəyişiklər və perspektiv planlar” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda ƏƏSMN-in Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Rauf Əliyev, sektor müdiri Elçin Cəfərov, baş məsləhətçi Həsənağa Hüseyinov, eləcə də Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının baş mütəxəssisi Güləndam İslamzadə, aparıcı mütəxəssisi Aygün Qədimova iştiark edirdi. Rektorun baş müşaviri Asif Cavadov çıxışında Universitetin rektoru Yusif Yusibovun adından qonaqları salamlayıb və qarşıdan gələn Zəfər bayramı münasibəti ilə bütün iştiarkçıları təbrik etdi.
Seminarda ƏƏSMN-in əməkdaşları çıxış edərək dövlətimizin Gənclər syasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən və ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar. Çıxış edən qonaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlərdən, həmçinin layihələrdən də bəhs ediblər.
Daha sonra dövlət qulluğuna qəbul qaydaları, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, dövlət qulluğuna dair elektron xidmətlər barədə də məlumat verilib.
Sonda dövlət qulluğuna qəbulla bağlı tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






