Qiyabi şöbədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19 yanvar 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Qiyabi şöbəsində  20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

 Anım tədbirində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsindən danışılıb. 20 Yanvar faciəsinin unudulmayacağı, vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim yaşayacağı vurğulanıb.