GDU-da “Süni intellektlə yenidən qurulan dünya” adlı elmi seminar keçirilib
Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində “Süni intellektlə yenidən qurulan dünya” adlı elmi seminar keçirilib.
Elmi seminar Gəncə Dövlət Universitetində elan olunmuş “Elm və innovasiya ayı” çərçivəsində hazırlanmış Fəaliyyət Planına uyğun təşkil olunub.
Azərbaycan Texnologiya Universitetindən dəvət olunmuş qonaqlar da iştirak eetdiyi seminarda seminarda süni iltellekt, bu sahədəki yeniliklər, gələcək innnovasiyalar , onların bəşəriyyətə verəcəyi faydalar və yarada biləcəyi təhlükələr müzakirə edilib, maraqlı disskusiyalar və təqdimatlar olunub.
Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov, İnformatika və Cəbr kafedrasının müdiri İlqar Cabbarov və Azərbaycan Texnologiya Universitetinin Avtomatika və İnformasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun çıxış edərək süni intellekt sahəsindəki yeniliklərdən danışıblar və seminarın işinə uğurlar arzulayıblar.
Daha sonra elmi seminarda Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin tələblərinin, İnformatika və cəbr kafedrasının əməkdaşları Kəmalə Salmanovanın, Günel Novruzovanın, İlhamə Zeynalovanın, eləcə də Azərbaycan Texnologiya Universitetinin müəllimləri Ayşən Aslanovanın və Aysel Vəliyevanın süni intellekt mövzusuna həsr edimiş çıxışlraı dinlənilib.
GDU-nun Kompüter elmləri ixtisası üzrə II kurs tələbəsi Samirə Məmmədzadənin iştirakı ilə “Robotla söhbət” adlı səhnəcik böyük diqqət və maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçılara Təşəkkürnamələr təqdim olunub.













