Gəncə Dövlət Universiteti 2026/2027-ci tədris ili üçün tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında saathesabı qaydada dərs demək üçün ingilis dili üzrə bilik və bacarıqları olan peşəkar və ixtisaslı kadrlar dəvət edir
Gəncə Dövlət Universitetində tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında 2026/2027-ci tədris ilində tədris olunacaq kimya və biologiya yönümlü fənlərdən dərs demək üçün ingilis dili üzrə bilik və bacarıqları olan mütəxəssislər dəvət olunur.
Tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında tədris prosesində iştirak etmək istəyən namizədlərə qoyulan tələblər aşağıdakılardır:
- tədris edəcəyi fənnin profilinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almalı və ya digər xaricdə təhsil proqramları üzrə ingilis dilli kimya və biologiya proqramlardan məzun olmalıdır;
- beynəlxalq səviyyəli ingilis dili sertifikatlarına (TOEFL (80 və yuxarı), İELTS (6,5 və yuxarı) sahib olmalıdır;
- kimya və biologiya yönümlü fənlərin profilinə uyğun olaraq baza təhsili olmalı, bu sahədə elmi-tədqiqat işləri aparmalı və uyğun iş təcrübəsinə malik olmalıdır;
- kimya və biologiya yönümlü fənlərin profilinə uyğun olaraq yerli və xarici konfranslarda, təlimlərdə və s. iştirak etməlidir.
Qeyd edilən tələbləri ödəyən namizədlər arasından seçim zamanı ilkin olaraq universitet əməkdaşlarına üstünlük veriləcək.
Dərslər müqavilə əsasında icra olunacaq və əməyin ödənişi saathesabı qaydada həyata keçiriləcək.
Namizədlərə olan tələblər:
- Minimum magistratura təhsil səviyyəsinin məzunu;
- Müvafiq elmi ad və dərəcəsi olanlara üstünlük verilir;
- Tədrisin təşkili ilə bağlı bacarıqlar;
- Tədris texnologiyalarından (Müasir (innovativ) tədris texnologiyaları, İnteraktiv tədris metodları, Rəqəmsal tədris texnologiyaları və s.) istifadə bacarığı;
- Akademik səviyyədə müvafiq fənni bilmək;
- Vəzifənin etik davranış qaydalarına sadiqlik.
Tələb olunan sənədlər:
- Ərizə
- CV
- Bakalavr və magistr səviyyələri üzrə diplom və diploma əlavələrin surəti (notarial qaydada təsdiq olunmuş)
- Kadrların şəxsi uçotu vərəqi
- Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
- Tərcümeyi-hal
- Yaşayış yerindən arayış
- Sığorta kartının surəti
- Rəngli şəkil 4×5 1 ədəd
- Beynəlxalq sertifikatlar
- Qovluq
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Tələblərə cavab verən namizədlər 25 may 2026-cı il tarixədək sənədlərini Universitetin İnsan resursları şöbəsinə təqdim edə və CV-lərini info@gdu.edu.az e-mail ünvanına göndərə bilərlər.
Əlaqə telefonları: 022-266-70-33, 022-266-74-72

