“Regional layihələrdə dil irsimiz və turizm” mövzusunda panel müzakirəsi keçirilib

Gəncə Dövlət Universitetində Filologiya və Xarici dillər fakültəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Regional layihələrdə dil irsimiz və turizm” mövzusunda panel müzakirəsi keçirilib.

Panel müzakirəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Mələk Qurbanovanın moderatoru ilə baş tutub.

Tədbirdə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, “Kainat Travel Agency” şirkətinin əməkdaşı İmamverdi Vəliyev və turizm bələdçisi Ramil Valehsoy iştirak ediblər.

Müzakirənin əsas məqsədi dil irsinin qorunması və təbliği, milli-mədəni dəyərlərin yaşadılması, eləcə də regional layihələrin turizmin inkişafındakı rolunu diqqət mərkəzinə gətirməkdir. Panel çərçivəsində dil və mədəniyyətin turizm potensialının tanıdılmasında əhəmiyyəti, regionun tarixi-mədəni irsinin təbliği və bu sahədə yeni əməkdaşlıq imkanları müzakirə olunub.