“ProQuest Research Assistant Yapay Zekâ Çağında Araştırmaya Yeni Bir Bakış” adlı onlayn vebinar təşkil edilib
25 noyabr 2026-cı il tarixində “Clarivate” şirkətinin beynəlxalq vebinarlar silsiləsi çərçivəsində “ProQuest Research Assistant Yapay Zekâ Çağında Araştırmaya Yeni Bir Bakış” mövzusunda onlayn vebinar təşkil edilib. Türk dilində təşkil olunan vebinarın təqdimatçısı “Clarivate” şirkətinin əməkdaşı Handan ILIC olmuşdur.
Universitet əməkdaşlarının da iştirak etdiyi vebinar çərçivəsində iştirakçılara daha effektiv tədqiqatların necə aparılacağı, akademik resurslarla daha dərindən əlaqə qurmaq və ProQuest Tədqiqat Köməkçisindən istifadə edərək resursları tənqidi şəkildə qiymətləndirmək kimi mövzular araşdırılmışdır. Həmçinin Nexus-un istifadəçiləri süni intellekt mühitlərində etibarlı kitabxana resursları ilə necə əlaqələndirə biləcəyi müzakirə edilmişdir. Sonda vebinarda iştirak edən əməkdaşlara təşkilatçılar tərəfindən rəsmi sertifikat göndərilmişdir.

