ALİ TƏHSİL PİLLƏSİNDƏ FƏNN PROQRAMLARI VƏ FƏNLƏR ÜZRƏ İŞÇİ -TƏDRİS PROQRAMLARININ (SİLLABUS) HAZIRLANMASI, TƏSDİQ EDİLMƏSİ
QAYDALARI
Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr və normativ sənədlərinə, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara” (ESG), “Avropa Kredit Transfer Sisteminə” (AKTS), Gəncə Dövlət Universitetinin Nizamnaməsinə və digər normativ hüquqi sənədlərə uygun olaraq hazırlanmışdır və Universitet Elmi Şurasının 28.12.2023-cü il tarixli tarixli (pr. No 04) iclasında müzakirə və təsdiq edilmişdir.
TƏDRİS PROSESİNDƏ TƏLİM METODLARININ TƏTBİQİNƏ DAİR METODİKİ TÖVSİYƏLƏR
Gəncə Dövlət Universiteti üzrə “Tədris prosesində təlim metodlarının tətbiqinə dair Metodiki Tövsiyələr” “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası – Milli Kurikuluma, eləcə də GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Universitet Elmi Şurasının 09.12.2022-ci il tarixli tarixli (Pr. №03) iclasında müzakirə və təsdiq edilmişdir.
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN BAKALAVRİAT VƏ MAGİSTRATURA SƏVİYYƏLƏRİNDƏ KREDİT SİSTEMİ İLƏ TƏDRİSİN TƏŞKİLİ QAYDALARI
Gəncə Dövlət Universitetinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il № 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”a, GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Universitet Elmi Şurasının 09.12.2022-ci il tarixli tarixli (pr№03) iclasında müzakirə və təsdiq edilmişdir.
ALİ TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
Gəncə Dövlət Universiteti üzrə Ali təhsil sistemində qiymətləndirmə konsepsiyası “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na,2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”na, 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və ARTN-nin (indiki ARETN) 27.01.1997-ci il tarixli 54 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə, Gəncə Dövlət Universitetinin Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq, Universitet Elmi Şurasının 28.12.2023-cü il tarixli (pr№ 04) iclasında müzakirə və təsdiq edilmişdir
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNƏ TƏLƏBƏ QƏBULU QAYDALARI
Gəncə Dövlət Universitetinə tələbə qəbulu Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 fevral 2017-ci il № 39 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na, GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Universitet Elmi Şurasının 09.12.2022-ci il tarixli tarixli (pr№03) iclasında müzakirə və təsdiq edilmişdir.
BAKALAVRİAT VƏ MAGİSTRATURA SƏVİYYƏLƏRİNƏ QƏBUL OLUNMUŞ VƏ HAL-HAZIRDA TƏHSİL ALAN TƏLƏBƏLƏRİN ƏVVƏLKİ TƏHSİLİNİN VƏ KREDİTLƏRİNİN TANINMASI QAYDALARI
Gəncə Dövlət Universiteti üzrə bakalavriat və magistratura səviyyələrinə qəbul olunmuş və hal-hazırda təhsil alan tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli № 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və 20.05.2019-cu il tarixli, 230 saylı “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi” Qaydalarına, Gəncə Dövlət Universitetinin Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq, Universitet Elmi Şurasının 28.12.2023-cü il tarixli (pr№ 04) iclasında müzakirə və təsdiq edilmişdir.
PEDAQOJİ İNTERNATURANIN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ QAYDALARI
Gəncə Dövlət Universiteti üzrə “Pedaqoji internaturanın təşkili və keçirilməsi Qaydaları” “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, ARNK-nin 30.12.2023-cü il tarixli, 489 saylı Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası”na, Təhsil proqramlarına, eləcə də GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Gəncə Dövlət Universitetinin Elmi Şurasının 31.01.2024-cü il (pr.№ 05) tarixli iclasında müzakirə və təsdiq olunmuşdur.
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN BAKALAVRİAT SƏVİYYƏSİNDƏ DÖVLƏT ATTESTASİYASI HAQQINDA QAYDALARI
Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsində dövlət attestasiyası haqqında Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, ARTEN-nin 27.01.1997-ci il tarixli 54 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasnamə”yə GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Universitet Elmi Şurasının 09.12.2022-ci il tarixli tarixli (pr№03) iclasında müzakirə və təsdiq edilmişdir.
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA TƏHSİLİNİN MƏZMUNU, TƏŞKİLİ VƏ “MAGİSTR” DƏRƏCƏLƏRİNİN VERİLMƏSİ QAYDALARI
Gəncə Dövlət Universitetində magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları ARNK-nin -nin 12 may 2010-cu il tarixli № 88 Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Universitet Elmi Şurasının 09.12.2022-ci il tarixli tarixli (pr№03) iclasında müzakirə və təsdiq edilmişdir.
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dair
TÖVSİYƏLƏR
Bu tövsiyələr Azərbaycan Respublikasının təhsil haqqında Qanunu, Təhsil prosesi ilə əlaqədar normativ-hüquqi aktlar, Təhsil Nazirliyinin əmr və sərəncamları, Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları, Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il No 348 Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və tədrisə aid digər normativ-hüquqi sənədlər əsasında hazırlanıb.
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ÜZRƏ İMTAHAN SESSİYASININ TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ QAYDALARI
Gəncə Dövlət Universiteti üzrə imtahan sessiyasının təşkili və keçirilməsi Qaydaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, ARTN-nin 11.09.2008-ci il tarixli 1059 saylı əmri təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında” müvəqqəti Əsasnaməyə, 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na eləcə də GDU-nun Nizamnaməsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanaraq Universitet Elmi Şurasının 09.12.2022-ci il tarixli tarixli (pr№03) iclasında müzakirə və təsdiq edilmişdir.
ALİ TƏHSİL PİLLƏSİNDƏ FƏNN PROQRAMLARI VƏ FƏNLƏR ÜZRƏ İŞÇİ-TƏDRİS PROQRAMLARININ (SİLLABUS) HAZIRLANMASI, TƏSDİQ EDİLMƏSİ QAYDALARI
Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr və normativ sənədlərinə, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara” (ESG), “Avropa Kredit Transfer Sisteminə” (AKTS), Gəncə Dövlət Universitetinin Nizamnaməsinə və digər normativ hüquqi sənədlərə uygun olaraq hazırlanmışdır və Universitet Elmi Şurasının 31.01.2024-cü il tarixli tarixli (pr. No 05) iclasında müzakirə və təsdiq edilmişdir.