27 Sentyabr – Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir

    27 Sentyabr-Anım günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədbir keçirilib.

    Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    44  günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və fakültə dekanı Məsim Abadov çıxış edərək Azərbaycanın müasir tarixində çox önəmli yer tutan 27 Sentyabr – Anım Gününün zəfər qürurunu bizə yaşadan şəhidlərimizin xatirəsinə həsr olunduğunu, onları əbədi yaşatmaq üçün təsis olunduğunu diqqətə çatdırıblar və Vətən müharibəsində qazandığımız böyük Qələbənin sonsuz qürur hissləri doğurduğunu vurğulayıblar. Qeyd edilib ki, 27 Sentyabr – Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

    Daha sonra tələbələrin ifasında vətənpərliyə aid şeirlər və mahnılar səsləndirlib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti