About Günay Məmmədova
Posts by Günay Məmmədova:
FƏNN PROQRAMLARININ, SİLLABUSLARIN VƏ DƏRS VƏSAİTLƏRİNİN HAZIRLANMASI, TƏSDİQ EDİLMƏSİ, BU İSTİQAMƏTDƏ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİ ÜÇÜN İŞÇİ QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
23 iyun 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupun növbəti iclası keçirildi. İclasda işçi qrupun rəhbəri, dosent Elçin Cavadov çıxış edərək bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin […]
Gəncə Dövlət Universitetində Akkreditasiya tövsiyələrinin icrasına həsr olunmuş növbəti iclas keçirilib
20 iyun 2025-ci il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunan Akkreditasiya Komissiyasının Yekun Hesabatına əsasən verilən tövsiyələrin yerinə yetirilməsi məqsədilə Gəncə Dövlət Universitetində növbəti iclas keçirilib. Rektor Yusif Yusibov ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə keçirilən akkreditasiya prosesinin əhəmiyyətindən danışıb, bu prosesin […]
GDU-DA İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB
Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları Sənubər Qocayeva, Orxan Səlimli, Valeh Mustafayev, eləcə də digər KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər. Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və […]
Gəncə Dövlət Universitetində keyfiyyət mədəniyyətinə dair təlim keçirilib
Gəncə Dövlət Universitetində ali təhsildə keyfiyyətin yüksəldilməsi və institusional inkişafın dəstəklənməsi məqsədilə “Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi” mövzusunda təlim keçirilib. Universitetin Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə fakültə dekanları, kafedra müdirləri və struktur rəhbərləri iştirak ediblər. Təlimin əsas məqsədi universitetdə keyfiyyət mədəniyyətinin genişləndirilməsi, daxili keyfiyyət təminatı proseslərinə əməkdaşların fəal şəkildə cəlb […]
«Motivasiya Üsulları» mövzusunda təlim təşkil olunub
Gəncə Dövlət Universitetində “Müəllimlərin Peşəkar İnkişafı Proqramı” çərçivəsində növbəti təlim baş tutub. Təlimin əsas mövzusu «Motivasiya üsulları və bu üsulların dərsdə tətbiqi» olub. Təlimdə mövzu ətrafında geniş məlumat verilib. O da diqqətə çatdırılıb ki, proqram mərhələli şəkildə həyata keçiriləcək və növbəti təlimlərdə “Dərsin dizaynı” , “Dərsin təhlili”, “Təlim strategiyaları”, “Qiymətləndirmə strategiyaları”, “Təhsil texnologiyaları” və digər […]
“Kompozit materiallarının alınması texnologiyası və elektronikada bəzi tətbiqlər” mövzusunda elmi seminar
Gəncə Dövlət Universitetində “Kompozit materiallarının alınması texnologiyası və elektronikada bəzi tətbiqlər” mövzusunda elmi seminar keçirilib. Fizika kafedrasının baş müəllimi Sevinc İmanova və Aysel Həmzəyeva mövzu ətrafında məruzə ilə çıxış ediblər. Məruzəçilər tərəfindən kompozit materialları və onların təsnifatı, maqnit xassələrinin tədbiqinin qrafikləri, eləcə də kompozit materialların radiotexnika və elektronikanın müxtəlif sahələrində istifadəsi barədə geniş məlumat verilib. […]
GDU-da məzun günü keçiriləcək
İyunun 25-də Gəncə Dövlət Universitetində (GDU) “Məzun günü” keçiriləcək. Tədbir saat 18:00-da universitetin V tədris binasının həyətində təşkil olunacaq. Rəsmi çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə başa çatacaq.
18 İyun- İnsan hüquqları Günüdür
Gəncə Dövlət Universitetində “18 İyun- İnsan hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Konstitusiyasında insan hüquqları dövlətin ali məqsədidir” mövzu […]
“Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi” mövzusunda təlim keçiriləcək
🎯 Təlimin adı: “Ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və tətbiqi” Təlimin tarixi: 🗓 20 iyun 2025-ci il, saat 10:00-12:00 Təlimçi: İsmayıl İsmayılov Keçirilmə yeri: 📍 Gəncə Dövlət Universiteti, V tədris binası – Akt zalı 📌 Təlimin məqsədi: Universitetin idarəedici heyəti arasında keyfiyyət mədəniyyəti anlayışının dərinləşdirilməsi və dayanıqlı davranış modelinə çevrilməsi; Keyfiyyət təminatı mexanizmlərinin […]
