“NORMATİV SƏNƏDLƏR BAZASININ ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQ EDILMƏSİ” MÖVZUSUNDA NÖVBƏTİ TƏLİM BAŞ TUTUB
16 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Tədris departamentinin Tədrisin təşkili və idarə olunması sektorunun təşkilatçılığı ilə “Normativ sənədlər bazasının öyrənilməsi və tətbiq edilməsi” mövzusunda növbəti təlim keçirilmişdir. Təlimdə universitetin professor-müəllim və tədris-köməkçi heyəti iştirak edib. Tədbir zamanı ali təhsil müəssisəsinin əsasnaməsi barədə iştirakçılara geniş məlumat təqdim olunub və sənədin məzmunu ətraflı təhlil edilib. […]










