Gəncə Dövlət Universitetində “İnnovativ Öyrənmə Mərkəzi” adlı layihənin təqdimatı keçirilib
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin “İnnovativ Öyrənmə Mərkəzi” adlı layihəsinin təqdimatı keçirilib. Təqdimatda Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2000-ci ildən Gəncə şəhərində fəaliyyət göstərir. İctimai Birlik Azərbaycanda fəal gənclərdən ibarət sağlam vətəndaş cəmiyyətini təsis etməklə, gənclərin beynəlxalq […]









