GDU-da “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin məlumatlandırma sessiyası keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək GDU tələbələrinin könüllülük fəaliyyətindən danışıb və gənclərə uğurlar arzulayıb. […]










