UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şuranı universitetin rektoru, professor Yusif Yusibov açaraq son illər Gəncə Dövlət Universitetində qazanılan nailiyyətlərindən danışmışdır. Qeyd etmişdir ki, bu günlərdə daha bir şad xəbər alınmışdır. Universitetin startap komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən […]










