Xəbərlər
GDU-nun əməkdaşları Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda iştirak edib
Dekabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumu keçirilib. Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşlar və beynəlxalq […]
Gəncə Dövlət Universitetinin dosenti Beynəlxalq Konfransdan qayıdıb
Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadə 4-5 dekabr 2024-cü il tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən Beynəlxalq konfransda iştirak edib. “Niqmat Oxuları Humanist Təhsil: Ənənələr, İnnovasiyalar və Perspektivlər” adlı VI Beynəlxalq Elmi-Praktik Konfrans alim, pedaqoq, humanist təhsil elmi məktəbinin banisi Zyamil Qazısoviç Niqmatovun anadan olmasının 85 illiyinə […]
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR –MÜƏLLİM HEYƏTİ QAZAXDA ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Qazax rayon Təhsil sektorunda 30-a yaxın orta ümumtəhsil məktəbində müəllimlər və yuxarı sinif şagirdləri ilə görüş keçirib. Qazax rayon Təhsil sektorunun əməkdaşı Əziz Məmmədov çıxış edərək görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da […]
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və nümayəndə heyəti İstanbul Universitetində olub
Gəncə Dövlət Universitetinin əməkdaşlıq etdiyi ali təhsil ocaqlarından biri də İstanbul Universitetidir. Adı çəkilən universitet ilə əməkdaşlıq əlaqələrinin qurulması hələ 2016-cı ilə təsadüf edir. Belə ki, 2016-cı ildə İstanbul Universitetinin rektoru Mahmut Ak və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tərəfindən universitetlər arasında 5 il müddətinə Anlaşma Memorandumu imzalanıb. 2022-ci ildə yenidən imzalanan müqavilənin […]
GDU-nun rektoru Yusif Yusibov Türkiyədə tələbələrlə görüşüb
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Dokuz Eylül Universiteti ilə akademik əməkdaşlığı daha da genişləndirmək məqsədilə hazırda Türkiyədə işgüzar səfərdədir. Nümayəndə heyəti Dokuz Eylül Universitetində Biologiya ixtisası üzrə ikili diplom proqramında təhsil alan birinci və ikinci kurs tələbələri ilə də görüş keçirib. Nümayəndə heyəti tələbələrlə dərs keçdikləri auditoriyada görüşüb. […]
GDU-nun rektoru Yusif Yusibovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir
Gəncə Dövlət Universitetinin Türkiyə Respublikasının İzmir Dokuz Eylül Universiteti ilə elmi əməkdaşlıq əlaqələri uğurla davam edir və daha da genişlənir. Bildirək ki, GDU ilə Dokuz Eylül Universiteti arasında 2021-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramının icrası üçün ilkin anlaşma, eyni zamanda Avropa İttifaqının Erasmus+ KA107 və Mevlana proqramları çərçivəsində razılıq əldə […]
GDU-NUN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT EDİB
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Bu gün Ulu Öndərin ideyaları […]
“DIRNA” layihəsi çərçivəsində tədbir təşkil olunub
2024-cü il dekabrın 12-də Gəncə Dövlət Universitetinin tərəfdaşlığı və Xəzər Universitetinin koordinatoru olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar (Elektron Arxiv) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı Erasmus+KA2 layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, eləcə də uyğun sahədən olan struktur bölmələrin nümayəndələri iştirak edib. İştirakçılara “DİRNA” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihə açıq girişi […]
