Gəncə Dövlət Universitetinin keçmiş məzunları illər sonra yenidən görüşüblər
Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin məzunları (1978-1982-ci illər) 41 il sonra doğma təhsil ocağında yenidən görüşüblər. Gəncə Dövlət Universitetinin 2-ci korpusunun akt zalında baş tutan görüşdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva ali təhsil ocağının rəhbərliyi adından keçmiş məzunları salamlayıb, son illərdə GDU-da əldə edilən yeniliklər və qazanılan uğurlar barədə məlumat verib. […]










