GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Botanika kafedrasının əməkdaşı Aynur Bayramovanın professor elmi adı, Fizika kafedrasının müəllimi Nuranə Verdiyevanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları təqdim edərək onlara […]










