GDU-da “COP29 – Azərbaycanın Yaşıl dünya naminə fəaliyyəti” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində “COP29 – Azərbaycanın Yaşıl dünya naminə fəaliyyəti” mövzusunda tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladıb və noyabr ayında respublikamızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası […]










