ELMİ ŞURA KEÇİRİLDİ

Gəncə Dövlət Universitetində 29 yanvar 2015-ci il tarixdə Elmi Şuranın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş yeni tərkibdə iclası keçirildi. İclası sədr professor Yusif Yusibov açaraq Elmi Şuranın yeni tərkibini təbrik edtməklə onlara can sağlığı və Universitetinin daha da inkişaf etdirilməsi sahəsində uğurlar arzuladı.
Elmi Şuranın ilk iclası Universitetin həyatında əlamətdar oldu.İclasda üç əməkdaşa Universitetin ”Fəxri professor”u adının verilməsi məsələsi müzakirəyə çıxarılmışdır. Böyük nailiyyətdir ki, ”Fəxri professor” adını almaq istəyən İdarəetmə kafedrasının dosenti Məmmədli Oqtay Qulam oğlunun “İqtisadi nəzəriyyənin predmeti və metodu” (Gəncə,1993), “İqtisadi nəzəriyyənin əsasları” (II hissə,Gəncə, 1993; III hissə, Gəncə, 2005), “İqtisad təlimlər tarixi” (Bakı, 1999), “Marketinqin əsasları (Gəncə, 2002), “İqtisadi nəzəriyyə” (Gəncə, 2002; Gəncə, 2004; Bakı, 2008; Bakı, 2010), “Bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi” (Bakı, 2006), “Milli iqtisadiyyatın tənzimlənməsi” (Bakı, 2008), “Statistika nəzəriyyəsi” (Bakı, 2009), “Sosial iqtisadi statistika” (Bakı, 2011), Ümumi fizika kafedrasının dosenti Mövsümov Eldar Haqverdi oğlunun “Ümumi fizika kursu” (I hissə, Gəncə, 2009; II hissə, Gəncə, 2010), “Fizika praktikumu (Bakı, 2006), “Ümumi fizika”,qısa kurs, Gəncə, 2012), “Makrosistemlər fizikasının əsasları” ( Gəncə, 2012), Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Əliyeva Nəzakət Usub qızının “M.Ş. Vazeh: Araşdırmalarm və oxuduqlarım” (Gəncə, 2010), “N. Rəfibəylinin lirikası” (Gəncə, 2011), “Ədəbiyyatşünaslığın əsasları” (Bakı, 2012), “Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında” (Gəncə, 2013) adlı dəslik, dərs vəsaitləri və monoqrafiyaları dərc olunmuşdur.
Gizli səsvermədə hər üç əməkdaş əksər səsi toplayaraq Universitetin ”Fəxri professor”u adına layiq görüldü.
Elmi Şurada Leksika və ölkəşünaslıq kafedrasının müdiri dosent əvəzi Kazımova Sevda Aqil qızının, Psixologiya kafedrasının dosent əvəzi Nəsrullayeva Zərifə Nüyvər qızının kafedranın dosenti elmi adını alması üçün AAK qarşısında vəsatətin qaldırılması yekdilliklə qəbul olundu.
Kimya kafedrasın baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Məmmədova Aynur Teyyub qızı kimya kafedrasında, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Məmmədova Günel Ramiz qızı Ümumi pedaqogika kafedrasında boş olan dosent yerinə seçildilər.