YUBİLEY  TƏDBİRİ

Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi, idman ustası Hacıyev Çingiz Vilayəddin oğlu uzun müddətdir ki, Universitetdə pedaqoq kimi fəaliyyət göstərir. Tələbələrin idmana bələd olmalarında, yaxşı mütəxəssislər kimi yetişmələrində onun böyük zəhməti var. Elə buna görə də tələbə və müəllim kollektivi arasında xüsusi rəğbətə malikdir.
30 yanvar 2015-ci il tarixdə fakültə və kafedranın əmkdaşları sevinc hissi ilə Çingiz Hacıyevin anadan olmasının  60 illiyini qeyd etmişlər. Tədbirdə Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova da iştirak etmiş, yubilyarın uzun illik əməyini fəxri fərman və pul mükafatı ilə qiymətləndirmişdir.