QİYABİ ŞÖBƏDƏ İMTAHAN

Universitetin qiyabi şöbəsində təhsil alan tələbələr üçün də eyni səviyyədə imtahan şəraiti yaradılmışdır. Burada da imtahanlar həm yazılı, həm də kompyuterdə test vasitəsilə aparılır.
Tələbələrə təlimata uyğun olaraq bütün şəraitin yaradılması, dərslərdə olduğu kimi imtahanlarda da intizamlı surətdə iştirakı təmin olunmuşdur. Suallara cavab verən tələbələr aldıqları biliyin nəticəsinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın reallığı ilə rastlaşırlar.
Qiyabi şöbənin rəhbərliyi rektorluğun imtahanlarla bağlı qarşıya qoyduğu bütün tələbləri lazımi səviyyədə yerinə yetirmək üçün bütün imkanlardan istifadə edir.