Gəncə Dövlət Universitetində Milli Debat Proqramının növbəti təqdimatı keçirildi
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Gəncə Regional Debat Mərkəzinin dəstəyi ilə universitet tələbələri üçün Debatın təqdimatı keçirildi. Giriş sözü ilə çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov debatın üstünlükləri haqqında və tələbələr üçün önəmli bir proqram olmasını vurğuladı və daha sonra sözü Gəncə Regional Debat Mərkəzinin rəhbəri Eltac Quliyevə verdi. Eltac Quliyev çıxış edərək tələbələrin diqqətinə son illərdə debat ilə bağlı hansı işlərin görülməsi,debatın tələbələrə hansı faydalarının olması haqqında ətraflı məlumatlar verdi. Daha sonra Gəncə Regional Debat Mərkəzinin fəaliyyətini əks etdirən video çarx nümayiş olundu. Tədbirin yekununda Tələbə Gənclər Təşkilatının tərkibində fəaliyyət göstərən debat klubunun yeni sədri Zülfiyyə Allahverdiyeva tələbələrə təqdim olundu . Görüş uğurla yekunlaşdı.