Gəncə Dövlət Universitetinin işçi qrupunun şəhərimizin  7, 19 və 24 nömrəli tam orta məktəblərdə səmərəli fəaliyyəti

Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq təhsil ocağımızın fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu (dosentlər M.Məmmədov, C.Qarayev və C.Bağırzadə) Gəncə şəhər 7, 19  və 24 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 25 -də tədbirlər həyata keçirmişlər.

7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Sevda Sadıqova çıxışında qeyd etdi ki, o, Gəncə Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasını  bitirib, həmin ali təhsil ocağının məzunu olmağından qürur hissi keçilir və inanır ki, məktəbimizin şagirdləri də gələcəkdə təhsil almaq üçün məhz Gəncə Dövlət Universitetinin tələbələri olacaqlar. Direktor müavini Malik Abbasov  da bildirdi ki, bu  məktəbdə çalışan müəllimlərin böyük əksəriyyəti Gəncə Dövlət Universitetini bitirmişlər. Onlar qeyd etdilər ki, uzun illər ərzində universitetin tələbələri pedaqoji təcrübələrini bizim məktəbdə yüksək səviyyədə həyata keçirirlər. 2017 – ci tədris ilində orta məktəbdə 952 şagird təhsil alır, onlardan 40 nəfəri bu il XI sinfi bitirəcəkdir. Tədbirdə şagirdlərin çıxışlarından məlum oldu ki, onların əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.

Tədbirdə işçi qrupunun üzvləri qeyd etdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə geniş imkanlar yaranmışdır.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Daha sonra, Universitetin işçi qrupu həmin gün Gəncə şəhər
19 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

Görüşdə  işçi qrupun rəhbəri dosent M. Məmmədov çıxış edərək qeyd etdi ki, 19 №-li məktəb universitetimizlə daim əməkdaşlıq edir. Məktəbin direktoru Elçin Alıyev bildirdi ki, Gəncə Dövlət Universitetinin Biologiya müəllimliyi ixtisasını bitirmişəm və bu məktəbdə çalışan müəllimlərin əksəriyəti də Gəncə Dövlət Universitetinin məzunlarıdır. Hal- hazırda məktəbdə 813 nəfər şagird təhsil alır. Bu il  47 nəfər XI sinfi bitirəcəkdir (onlardan 13- ü rus bölməsində təhsil alırlar). Şagirdlərimizin əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.

Çıxış edənlər göstərdilər ki, Gəncə Dövlət Universitetinin tələbələri uzun illərdir ki, həmin məktəbdə pedaqoji təcrübələrini keçirlər, sınaq dərslərini deməklə yanaşı, eyni zamanda, məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Görüş yüksək səviyyədə keçirilidi, işçi qrupuna şagirdlər tərəfindən suallar verildi, tədbirin sonunda universitetin həyatına dair videomateriallar nümayiş etdirildi.

Həmin gün işçi qrupu 24 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və məzunları ilə də görüş keçirdilər. Məktəbin direktoru Şərafət Məmmədova  bildirdi ki, özü də Gəncə Dövlət Universitetinin Riyaziyyat fakültəsinin məzunudur, məktəbin müəllim kollektivinin çoxu da Gəncə Dövlət Universitetini bitirmişlər. Hal- hazırda məktəbdə 731 şagird təhsil alır və bu il  40 nəfər XI sinfi bitirəcəkdir. İşçi qrupunun üzvləri dosentlər Cabbar Qarayev və Cavid Bağırzadə qeyd etdilər ki, bu məktəb GDU ilə həmişə səmərəli əməkdaşlıq edir və bu günkü görüşün məğzi məhz həmin çoxtərəfli  əlaqələrin genişlənməsinə xidmət edir.

İşçi qrupunun üzvləri univeristetimizin çoxsahəli fəaliyyəti barədə tədbirdə iştirak edən pedaqoji kollektivin üzvlərinə ətraflı sürətdə məlumat verdilər və universitetdə olan real vəziyyəti əks etdirən videomateriallar nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi.

Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti bir daha qeyd edildi.

Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.