TƏLƏBƏNİN ELÇİN ƏFƏNDİYEVİN “TALVAR” HEKAYƏSİ MÖVZUSUNDA AÇIQ DƏRSİ

         17 aprel 2017-ci il tarixdə Gəncə şəhər Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Səriyyə Məmmədovanın Ədəbiyyat fənnindən Elçin Əfəndiyevin “Talvar” hekayəsi mövzusunda açıq dərsi keçirilmişdir.

         Dərsdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri dosent Afaq Yusifli, Təcrübə və karyera şöbəsinin əməkdaşı Lamiyə Süleymanova, təcrübə rəhbəri, baş müəllim Aygün Əhmədova, həmin məktəbin fənn müəllimləri Səidə Xəlilova, Sevinc Allahverdiyeva, sinif rəhbəri Nərgiz Məmmədova və məktəbdə təcrübə keçən Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri iştirak etdilər.

         Sınaq dərsində proyektordan  dərsin izahatı ilə bağlı plakatlardan və əyani vasitələrdən istifadə, dərsin kurrikulum təlim sisteminə uyğun aparılması iştirakçılarda müsbət rəy yaratmış və eyni zamanda Səriyyə Məmmədovaya   növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün elmi və metodiki tövsiyyələr edilmişdir.

         Dərsin sonunda iştirak edənlər Vətənimizin azadlığı uğrunda şəhid olanların əziz xatirələrini  bir dəqiqəlik sükutla yad etdilər.