TƏLƏBƏNİN SINAQ DƏRSİ

         14 aprel 2017- ci il tarixdə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı  tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Tarix- coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Aynur Gəraylının Ümumi tarix fənnindən “ Qədim Roma dövləti” mövzusunda açıq dərsi olmuşdur.

Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, təcrübə rəhbəri, baş müəllim Təranə Behbudova və məktəbdə təcrübə keçən Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbələri iştirak etdilər.

Sınaq dərsində proyektordan   dərsin izahatı ilə bağlı plakatlardan və əyani vasitələrdən istifadə, dərsin kurrikulum təlim sisteminə uyğun aparılması iştirakçılarda müsbət rəy yaratmış və eyni zamanda Aynur Gəraylıya  növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün elmi və metodiki tövsiyyələr edilmişdir.