Gəncə Dövlət Universitetinin orta məktəblərlə əlaqələri möhkəmləndirilir
Gəncə Dövlət Universitetinin Riyyaziyyat –informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının dosenti Əkrəm Aslanovun Vüqar Veysəlov adına 30 nömrəli tam orta məktəbdə “Kompüterin yaddaşı, yaddaş qurğularının inkişaf perspektivləri” mövzusunda ustad dərsi təşkil olunmuşdur.
Dərsdə V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Riyaziyyat-informatika fakültəsinin dekanı Oruc Hüseynov, İnformatika və cəbr kafedrasının müdiri İlqar Cabbarov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, orta məktəbin müəllimi Nailə Qasımova və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Dərs zamanı mövzu ilə əlaqədar ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, yaddaş – kompüterin yaradılması üçün Fon Neymanın verdiyi əsas prinsiplərindən və onun əsas funksional hissələrindən biridir. Kompüterdə emal olunan bütün informasiyalar onun malik olduğu müxtəlif tip yaddaşlarda saxlanılır. Ustad dərsində yaddaş texnologiyaları sahəsində dünyanın müasir vəziyyəti və perspektivləri haqqında da danışılmışdır.
Dərsin sonunda şagirdləri maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı cavab verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti