Gəncə Dövlət Universitetinin kollektivi Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş elmi konfransda iştirak etmişdir

Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

        Tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov və universitetin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.

       Tədbirdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə Partiyanın qazandığı tarixi nailiyyətlərdən bəhs olunmuşdur.

Çıxışlarda qeyd edilmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulmuşdur. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğu qeyd edilmişdir.

     Tədbirin sonunda Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti