ABŞ-ın Merilend Universitetinin nümayəndəsi GDU-da tələbələrlə görüşmüşdür

ABŞ-ın Merilend Universitetinin Baltimor qraflığı   Beynəlxalq  Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələri ilə görüşmüşdür.

ABŞ səfirliyi tərəfindən təşkil edilən görüşdə  Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən universitetlər haqqında ətraflı məlumat verilmiş və  sözügedən ali məktəblərə qəbul olmaq üçün şərtlər izah edilmişdir. Bununla yanaşı universitetlər arasında əməkdaşlığa dair müzakirələr də aparılmışdır.

  Görüşdə  bildirilmişdir ki, ABŞ-ın  universitetlərinə müraciət edən tələbələr dünya səviyyəli təhsil almaq imkanı əldə edəcək və onlara  gələcək karyeranın inkişafı üçün şərait də yaradılacaq.

Sonda tələbələrin sualları cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti