GDU-da “Avropada təhsil və iş imkanları” mövzusunda görüş keçirilmişdir

Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Xarici dillər fakültəsində “Avropada təhsil və iş imkanları” mövzusunda görüş keçirilmişdir.
      Görüşdə Slovakiyada beynəlxalq şirkətin mütəxəssisi Ramal Verdiyev Avropada təhsil imkanlarına dair məlumatlandırıcı söhbət apardıqdan sonra İtaliya, Almaniya, Polşa, Macarıstan, Çexiya və Slovakiya universitetlərinə müraciət prosesi, təqaüd proqramları, Avropada iş imkanlarına dair ətraflı məlumat verilmişdir.

   Görüşdə  tələbələrin suallarına da aydınlıq gətirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti