Tələbələrimiz “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışında iştirak etmişlər

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışında iştirak etmişlər. Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesini əks etdirən  suallar səsləndirilmişdir.

  Respublikanın 49 ali məktəbinin komandaları arasında keçirilən bilik yarışında Gəncə Dövlət Universitetinin komandası 8-ci yeri tutmuşdur. Tələbələrə sertifikatlar təqdim edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti