Gəncə Dövlət Universitetinin tələbələri karyera imkanları barədə məlumatlandırılıb

                  Gəncə Dövlət Universitetində (GDU) Azercell Telekom şirkətinin mütəxəssisləri  tələbələrlə görüş keçirib. Rektorun baş müşaviri Asif Cavadov çıxış edərək görüşün əhəmiyyətindən, gənclərə dövlət dəstəyindən və onlar üçün yaradılan karyera imkanlarından ətraflı danışıb.

           Görüşdə Azercell-də işə qəbul qaydaları, karyera imkanları,  şirkətdə inkişaf perspektivləri, təhsil və şəxsi inkişaf üçün şirkətin təqdim etdiyi təqaüd proqramları barədə ətraflı söhbət açılıb. Bununla yanaşı, Azercell şirkəti üzrə mövcud vakansiyalar haqqında məlumat verilib və elan edilən vakansiyalar üzrə Gəncə Dövlət Universitetinin  tələbələri arasından namizədlər seçilib.

        Sonda tələbələrin sualları ətraflı cavablandırılıb, gənclərə hədiyyələr təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti